Rusiyada hərbi xidmət şöbəsinə silahlı basqın olub.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir. Rəsmilər Rusiyanın İrkutsk vilayətində hərbi xidmətə çağırış məntəqəsinə atəş açaraq yüksək rütbəli məmuru yaralayan silahlı şəxsin saxlanıldığını bildirib.
"TRT xəbər"də yer alan məlumata görə, 25 yaşlı Ruslan Zinin adlı silahlı şəxsin Vladimir Putinin hərbi səfərbərlik əmrindən sonra oğlanların qeydiyyatda olduğu hərbi ofisdə atəş açdığı açıqlanıb.
Aytac Aslan
















