• Bakı 17° C

    0.95 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Hərbi liseylərə qəbul imtahanının vaxtı açıqlanıb

CƏMİYYƏT

15 Iyul 2024 | 17:06 | Müəllif: Əli Hüseynov

Hərbi liseylərə qəbul imtahanının vaxtı açıqlanıb

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul imtahanının vaxtı açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Qurumdan bildirilib ki, abituriyentlər DİM-in internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı abituriyentlərə "Yaddaş kitabçası"ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Abituriyentlər imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əslini və "İmtahana buraxılış vərəqəsi"ni  gətirməlidirlər.

     


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR