• Bakı 17° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Helikopter yandı - Xəsarət alan var

DÜNYA

19 Dekabr 2022 | 11:30

Helikopter yandı - Xəsarət alan var

Rusiyada üç ekipaj üzvü olan Mi-8 helikopteri məcburi eniş edib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Maqadan vilayətinin Taxtoyamsk kəndi yaxınlığında baş verib.

Rusiya İstintaq Komitəsinin Nəqliyyat üzrə Şərq İstintaq İdarəsinin yaydığı məlumata görə, eniş zamanı Mi-8 yerüstü obyektlə toqquşub və aşıb. Nəticədə helikopter yanıb. Bir ekipaj üzvünün yaralandığı bildirilib.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsi (hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarının pozulması) ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, bir neçə gün əvvəl Buryatiyada helikopterin sərt enişi zamanı 3 nəfər həyatını itirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026