• Bakı 21° C

    2.78 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Həbsdə olan polkovniklə bağlı QƏRAR VERİLDİ

HADİSƏ

30 Iyul 2024 | 17:30

Həbsdə olan polkovniklə bağlı QƏRAR VERİLDİ

Naxçıvan Muxtar Respublikasında yerləşən N saylı hərbi hissənin komandiri olmuş, polkovnik Həziyev Samir Mətləb oğlu barəsində seçilən həbs-qətimkan tədbiri barədə qərardan verilən apellyasiya şikayətinə baxılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Fərid Əyyubovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Məhkəmə şikayəti təmin etməyib, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

    Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında yerləşən N saylı hərbi hissənin komandiri, polkovnik Həziyev Samir Mətləb oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.2.3-cü maddəsi ilə ittiham elan edilib.

    Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, onun barəsində Bakı hərbi məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Hazırda istintaq davam etdirilir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR