• Bakı 28° C

    16.77 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.1711

Hava zərbələri maksimum nəticə verib - Kuper

DÜNYA

26 Iyul 2026 | 23:53

Hava zərbələri maksimum nəticə verib - Kuper

ABŞ Müdafiə Nazirliyi İrana endirilən zərbələrin hazırkı mərhələdə effektivlik həddinə çatdığını hesab edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Axios" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper Hörmüz boğazı ətrafında bombardmanların dayandırılmasını tövsiyə edib. O bildirib ki, hava zərbələri artıq maksimum nəticə verib.

Kuperin və administrasiyanın bir sıra rəsmilərinin bu mövqeyi Prezident Donald Trampın İrana zərbələri müvəqqəti dayandırmaq qərarına təsir göstərib.

Nəşrin qeydinə görə, bu, həm hərbi, həm də mülki müşavirlərin hərbi əməliyyatlar, xüsusilə hava zərbələri ilə əldə edilə biləcək nəticələrin məhdud olduğunu qəbul etməsinin göstəricisidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Iyul 2026