• Bakı 21° C

    1.5 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Harrisin çıxışı zamanı QALMAQAL: Etiraz edildi

DÜNYA

29 Oktyabr 2024 | 15:53 | Müəllif: Əli Hüseynov

Harrisin çıxışı zamanı QALMAQAL: Etiraz edildi

ABŞ-nin vitse-prezidenti və Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisin Miçiqan ştatında seçkilər zamanı çıxışı ABŞ-nin İsrail siyasətinə etiraz edən bir qrup tərəfindən kəsilib.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Amerikalı müsəlmanların və ərəblərin sıx yaşadığı Miçiqan ştatında Demokrat namizəd Harrisin çıxışı zamanı Fələstini dəstəkləyən qrupdan etiraz səsləri eşidilib.

Qrup "İsrail bombalayır, Kamala pul ödəyir, bu gün neçə uşağı öldürəcəksən?" şüarını səsləndirdi.

Etirazlarla bağlı açıqlama verən Harris bildirib: 

"Hamımız bu müharibənin bir an əvvəl bitməsini və girovların azad edilməsini istəyirik və bunun üçün əlimdən gələni edəcəyəm".

Bildirilib ki, etirazçılar daha sonra tədbir keçirilən ərazidən uzaqlaşdırılıb.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026