• Bakı 22° C

    5.44 m/s

Hamiləlikdə yuxu pozulmasının əsas səbəbləri

CƏMİYYƏT

16 Sentyabr 2026 | 15:20 | Müəllif: Zeynəb Rzayeva

Hamiləlikdə yuxu pozulmasının əsas səbəbləri

“Sağlam yuxu rejimi hamilələr üçün çox böyük əhəmiyyət kəsb edir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mama-ginekoloqu Ruidə İsayeva qurumun “Instagram” səhifəsində keçirilən canlı yayım zamanı deyib.

O bildirib ki, ümumilikdə böyüklər üçün gündə 7-9 saat yuxu normal hesab olunur. Hamiləlik dövründə isə sağlam yuxu rejiminə xüsusi diqqət yetirilməlidir.

“Əvvəlki söhbətimizdə vurğuladığımız sağlam həyat tərzinin bir qolu sağlam qidalanmaqdırsa, ikinci yön sağlam yuxudur. Və bu çox əhəmiyyətli, sağlam yuxu rejimi hamilələr üçün çox böyük əhəmiyyət kəsb edir”, - deyə mama-ginekoloq qeyd edib.

Onun sözlərinə görə, hamiləlik zamanı yuxu pozulmaları müəyyən qədər gözləniləndir. Buna böyüyən döl səbəbindən bədən tarazlığının dəyişməsi, hamilə qadının rahat yatmaq üçün uyğun vəziyyət tapa bilməməsi, sidik kisəsinə təzyiq nəticəsində gecə ərzində tez-tez oyanması və dölün ana bətnindəki hərəkətləri səbəb ola bilər.

Mama-ginekoloqa görə, hamiləlik dövründə yuxunun pozulmasına digər amillər də təsir göstərə bilər.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026