• Bakı 22° C

    4.6 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Hacıqabulda "avtoş" həbs edildi - FOTO

HADİSƏ

22 Aprel 2024 | 08:18 | Müəllif: Qalib İbrahimoğlu

Hacıqabulda "avtoş" həbs edildi - FOTO

Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati qaydada həbs edilib.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.

Verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan "VAZ" markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaratdığı üçün "saxla" işarəsi verilib. Lakin sürücü, Şirvan şəhər sakini Cavid Babayev tabe olmayaraq ərazidən uzaqlaşmağa çalışıb.

Sonuncu yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb və onun nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq sənədlərinin, eləcə də sürücülük hüququnun olmaması müəyyən edilib.

Sürücü barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə təqdim olunub.

Məhkəmənin qərarı ilə C.Babayev 30 sutka inzibati qaydada həbs edilib.


Hacıqabulda "avtoş" həbs edildi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Oktyabr 2026