• Bakı 18° C

    4.37 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Gürcüstandan 71 Azərbaycan vətəndaşı deportasiya edilib

HADİSƏ

27 Fevral 2025 | 15:05

Gürcüstandan 71 Azərbaycan vətəndaşı deportasiya edilib

2024-cü ildə Gürcüstandan 71 Azərbaycan vətəndaşı deportasiya edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.

Bildirilib ki, deportasiya edilən Azərbaycan vətəndaşlarından 36-sı (25 oğlan, 11 qız) yetkinlik yaşına çatmayanlar olub. Ümumilikdə ötən il Gürcüstandan ən çox Azərbaycan vətəndaşları deportasiya edilib. Hesabat dövründə Gürcüstandan 10 Əlcəzayir, 18 Misir, 18 İraq, 33 Hindistan, 54 İran, 31 nigeriya, 10 Pakistan, 10 Rusiya olmaqla ümumilikdə 363 əcnəbi deportasiya edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026