• Bakı 11° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Gürcüstanda daha 58 nəfər COVID-19-dan ölüb 

DÜNYA

25 Avqust 2021 | 10:44

Gürcüstanda daha 58 nəfər COVID-19-dan ölüb

Gürcüstanda ötən sutkada koronavirusa 5 021 yeni yoluxma faktı qeydə alınıb, 58 nəfər vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Son 24 saat ərzində daha 5 041 nəfər sağalaraq evə buraxılıb.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 528 048 nəfər yoluxub. Onların 463 306-sı sağalıb, 6 949-u isə ölüb.

Bu günə olan aktiv xəstə sayı 57 762 nəfər təşkil edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR