• Bakı 26° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Güclü külək paytaxtda daha bir ağacı aşırıb - YENİLƏNİB

HADİSƏ

05 May 2021 | 10:59

Güclü külək paytaxtda daha bir ağacı aşırıb - YENİLƏNİB

Gecə saatlardan başlayan güclü külək Bakıda daha bir ağacı aşırıb.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə qarabağ küçəsi 30 ünvanında qeydə alınıb.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Bakıda güclü küləyin olacağıyla bağlı öncədən məlumat yayıb.

***

Güclü külək Bakıda fəsadlar yaradıb. 

Paytaxtın Yasamal, Nəsimi, Nəriman Nərimanov, Binəqədi rayonları ərazisində ağaclar aşıb, bir neçə ağacın da budaqları qırılıb. Ümumilikdə paytaxt ərazisində beş ağac aşıb. 

Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Oxu.Az-a bildirilib ki, əməkdaşlar mövcud vəziyyətlə bağlı hadisə yerinə yollanıb:

“Paytaxt ərazisində gecə saatlarından müşahidə edilən güclü külək beş ağacı aşırıb. Aidiyyəti üzrə aşmış ağacların yaratdığı fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür. Birliyin əməkdaşları müvafiq olaraq əraziyə göndərilib”.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti bu gün Bakıda və Abşeron yarımadasında gün ərzində güclü şimal-qərb küləyi əsəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edib.(oxu.az)

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026