Göygöldə toyda iki qardaş bıçaqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayon ərazisində yerləşən şadlıq saraylarından birində qeydə alınıb.
Toy məclisi zamanı 2005-ci il təvəllüdlü Ş.Atakişili və onun qardaşı bıçaqlanma xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Yaralılar dərhal əməliyyat olunub.
Hadisənin baş vermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır. /Apa
Bakı 




