• Bakı 19° C

    2.49 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Göyçayda yol qəzası: motosikletçi öldü

HADİSƏ

26 Iyun 2025 | 16:05 | Müəllif: Gülşən Şərif

Göyçayda yol qəzası: motosikletçi öldü

 Bu gün saat 14 radələrində Göyçay şəhərində ağır yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, şəhər ərazisində “VAZ-2107” markalı avtomobillə motosiklet toqquşub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan motosiklet sürücüsü 1997-ci il təvəllüdlü Kamil Abdullayev xəstəxanada ölüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, istintaq aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Oktyabr 2026