• Bakı 24° C

    1.36 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Göyçayda şadlıq sarayının sahibi cərimələndi

HADİSƏ

11 Oktyabr 2021 | 10:54

Göyçayda şadlıq sarayının sahibi cərimələndi

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı şadlıq sarayında və fərdi evlərdə keçirilən toy mərasimlərində karantin qaydalarının pozulduğu aşkarlanıb.

Daxili İşlər Nazirliyin mətbuat xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, yoxlama zamanı rayonun Çayarxı kəndində yerləşən “Göyçay” şadlıq sarayında təşkil edilən toy mərasimi barədə məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi məlum olub.

Aşkarlanan qayda pozuntuları ilə əlaqədar obyekt sahibi Tərlan Cavadov inzibati məsuliyyətə cəlb edilərək 4 000 manat məbləğində cərimələnib.

Rayonun Alxasava və Ləkçıplaq kəndlərində fərdi evlərin həyətyanı sahələrində keçirilən toy mərasimlərində isə 150 nəfərdən artıq qonağın iştirak etdiyi müəyyən olunub. Toy təşkilatçıları Ayaz Əkbərov və Şahid Şıxəliyev barəsində protokol tərtib edilib və hər biri 200 manat məbləğində cərimələnib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

30 Sentyabr 2026