• Bakı 19° C

    3.76 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Goranboyda binanın çökməsi ilə xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANIB

HADİSƏ

23 Noyabr 2025 | 11:51 | Müəllif: Zeynəb Rzayeva

Goranboyda binanın çökməsi ilə xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANIB

Goranboy şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş verən uçqun nəticəsində üçü qadın, biri kişi olmaqla dörd nəfər xəsarət alıb.

Bakıvaxtı.az "Report"a istinadən xəbər verir ki, bu barədə Goranboy Rayon Mərkəzi Xəstəxanasından bildirilib.

Xəsarət alanlar Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Hazırda müalicələri təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir.

Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.

***
10:34

***

Goranboyda yaşayış binasında döşəmə çökməsi zamanı xəsarət alanların adları məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, xəsarət alanlar bina sakinləri, 1951-ci il təvəllüdlü S.Süleymanova və 1966-cı il təvəllüdlü S.Məmmədovadır.

Hazırda xəsarət alan şəxslərin müalicəsi Goranboy Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

***

09:16

***

Goranboyda yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin döşəməsi çöküb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Goranboy şəhərinin Cəfər Cabbarlı küçəsində yerləşən 5 mərtəbəli yaşayış binasında qeydə alınıb.

    Belə ki, sözügedən binanın birinci mərtəbəsində yerləşən mənzilin döşəməsi anidən çöküb.

    Goranboy rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının sədri Seymur Nazarov hadisə nəticəsində 2 nəfərin yüngül xəsarət aldığını bildirib.

    Onun sözlərinə görə, hazırda əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb edilib. Bina sakinləri təxliyə edilib.

    Hazırda ərazidə təhlükəsizlik tədbirləri görülür.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    06 Oktyabr 2026