• Bakı 20° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.9067

    RUB - 2.0148

Goranboyda ata maşını aşırdı- oğlu xəsarət aldı

HADİSƏ

20 Iyul 2025 | 16:04 | Müəllif: Subhan Mahmudov

Goranboyda ata maşını aşırdı- oğlu xəsarət aldı

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın xəbər verir ki, hadisə rayonun Tatarlı kəndi ərazisində qeydə alınıb.

Əslən Kəlbəcər rayonundan olan 1964-cü il təvəllüdlü Əşrəf Verdiyev idarə etdiyi "Niva" markalı avtomobili aşırıb. Nəticədə maşında sərnişin qismində olan oğlu 1995-ci il təvəllüdlü Sulduz Verdiyev müxtəlif bədən xəsarətləri alıb. Yaralı Goranboy rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb./Teleqraf


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR