• Bakı 13° C

    1.95 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Gəncədə hava limanında 10 min manatlıq qızıl oğurlanıb

HADİSƏ

09 Sentyabr 2025 | 10:42

Gəncədə hava limanında 10 min manatlıq qızıl oğurlanıb

Gəncədə hava limanından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Gəncə gegional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Hava Nəqliyyatında Polis İdarəsinin Gəncə Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində sərnişinlərə məxsus çamadandan oğurluq etməkdə şübhəli bilinən, 39 yaşlı Tahir Sayadov saxlanılıb.

    Araşdırmalar zamanı məlum olub ki, T.Sayadov yükləmə zamanı çantadan ümumi dəyəri 10.000 manat olan qızıl-zinət əşyalarını oğurlayıb.

    Məhkəmənin qərarı ilə T. Sayadov barəsində həbs qətimkan tədbiri seçilib.

    Araşdırma aparılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    03 Oktyabr 2026