• Bakı 18° C

    2.41 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Gənc kursantlar and içdi - FOTOLAR

SİYASƏT

14 Sentyabr 2026 | 12:52 | Müəllif: Əli Hüseynov

Gənc kursantlar and içdi - FOTOLAR

Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda gənc kursantların təntənəli andiçmə mərasimi keçirilib.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, MMU-nun və institutun rəhbərliyi, şəxsi heyəti, o cümlədən professor-müəllim heyətinin iştirak etdiyi tədbirdə hərbi orkestrin müşayiəti ilə Döyüş bayrağı sıranın önünə çıxarılıb.

    Sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

    Çıxış edənlər kursantları Hərbi andı qəbul etmələri münasibətilə ürəkdən təbrik edərək, onlara gələcək hərbi xidmətlərində uğurlar arzulayıb, Azərbaycan xalqına layiqli övlad olmağı, Vətənə, xalqa və Hərbi anda daim sədaqətlə xidmət etməyi tövsiyə ediblər. Həmçinin gələcəyin hərbi qulluqçularına xidmət zamanı yüksək nizam-intizam qaydalarına riayət etməyin vacibliyini vurğulayıblar.

    Kursantlar adından çıxış edənlər yeni qəbul olunanlara təhsillərində müvəffəqiyyət arzu edib və yaradılmış şəraitdən məmnunluqlarını bildiriblər.

    Sonda kursantlar təntənəli şəkildə Vətənə sədaqət andı içib.


    Gənc kursantlar and içdi - FOTOLARGənc kursantlar and içdi - FOTOLARGənc kursantlar and içdi - FOTOLARGənc kursantlar and içdi - FOTOLARGənc kursantlar and içdi - FOTOLARGənc kursantlar and içdi - FOTOLAR
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    13 Oktyabr 2026