• Bakı 17° C

    0.72 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Gədəbəydə yanğın zamanı bir qutu qızıl tapıldı

HADİSƏ

13 Noyabr 2023 | 12:55 | Müəllif: Qalib İbrahimoğlu

Gədəbəydə yanğın zamanı bir qutu qızıl tapıldı

Yanğınsöndürənlər yanğın zamanı tapdıqları bir qutu qızılı sahibinə veriblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

    Qeyd olunub ki, Gədəbəy rayonunun Parakənd kənd sakini Qismət Cabbarlıya məxsus evdə yanğın baş verməsi ilə bağlı əraziyə cəlb olunan yanğınsöndürənlər əməliyyat zamanı otaqların birində qızıl-zinət əşyaları dolu bir qutu tapıblar.

    Qutunu tapan yanğınsöndürənlər zinət əşyalarını sahibinə təhvil veriblər.

    Qeyd edək ki, yanğın baş vermiş ev yanğınsöndürənlər tərəfindən söndürülüb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    01 Oktyabr 2026