Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisindəki evlərdən silsilə oğurluqlar edən Ramil Əliyev saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, onun 6 evdən oğurluq etdiyi müəyyən olunub.
Digər əməliyyat zamanı saxlanılan əvvəllər məhkum olunmuş Vasif Əliyevdən isə 1 kiloqram marixuana və 1 ədəd tapança aşkarlanıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.


jpg-1724148208.jpg)


jpg-1726737198.webp)
jpg-1726736658.webp)






jpg-1726728108.webp)


