• Bakı 13° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Futzal yığmamız Yunanıstanı məğlub etdi

İDMAN

11 Oktyabr 2022 | 21:20 | Müəllif: Subhan Mahmudov

Futzal yığmamız Yunanıstanı məğlub etdi

Futzal üzrə Azərbaycan millisi dünya çempionatının əsas seçmə mərhələsində növbəti oyununu keçirib.

Bakıvaxtı.az xəbər verir ki, Joze Alesionun baş məşqçi olduğu komanda VI qrupun 2-ci turunda Yunanıstanın qonağı olub. Afinadakı qarşılaşma Azərbaycan yığmasının 7:0 hesablı qələbəsi ilə başa çatıb.

Qolları 2-ci dəqiqədə Rafael Vilela, 5 və 16-cı dəqiqələrdə, Xətayi Bağırov, 18 və 25-ci dəqiqələrdə Qallo, 37-ci dəqiqədə Tyaqo Bolinya və 40-cı dəqiqədə Conatas Felipe vurublar.

Bu qələbədən sonra xallarını 6-ya çatdıran milli komanda vahid lider olub. İkinci pillədə 3 xalla Polşa qərarlaşıb. Xalı olmayan Yunanıstan isə sonuncudur.

Qeyd edək ki, Azərbaycan ötən tur evdə Polşanı 4:3 hesabı ilə məğlub edib. Yunanıstan isə eyni rəqibə 3 cavabsız qolla yenilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026