• Bakı 22° C

    8.16 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Futbol tarixinin ən yaxşı yeni bombardiri

İDMAN

28 Fevral 2021 | 11:49

Futbol tarixinin ən yaxşı yeni bombardiri

"Yuventus"un futbolçusu  Kriştiano Ronaldo futbol tarixinin ən yaxşı bombardiri olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistika Federasiyası (IFFHS) məlumat yayıb.

IFFHS yalnız rəsmi oyunlarda ən yüksək səviyyədə vurulan qolları nəzərə alıb.

Portuqaliyalı hücumçu son olaraq İtaliya çempionatının 24-cü turunun "Verona" ilə matçda (1:1) fərqlənib. Bu, 36 yaşlı hücumçunun karyerasında 766-cı qolu olub. Bununla da Ronaldo bu göstəricidə rekordçu Peleni geridə qoyub. Braziliyalı əfsanə karyerasında 765 dəfə qol vurub.

Qeyd edək ki, Ronaldo bu mövsüm "Yuventus"da 29 matça çıxıb, 26 qol vurdu və 3 məhsuldar ötürmə verib.(qol.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026