Fransa Xarici İşlər Nazirliyi İran xarici işlər naziri Abbas Əraqçinin açıqlamalarına cavab olaraq Tehraı edam cəzasından repressiya vasitəsi kimi istifadəyə son qoymağa çağırıb.
Bakıvaxtı.az xəbər verir ki, Fransa XİN həmçinin İran hakimiyyətindən repressiya siyasəti əvəzinə xalqın səsini və dəyişiklik tələblərini eşitməyi, özbaşına saxlanılan şəxsləri azad etməsini istəyib.
Rəsmi Paris vurğulayıb ki, İran hakimiyyəti insan hüquqlarına hörmət etməli, vətəndaşlar isə cəzalandırılmaq qorxusu olmadan ifadə azadlığı və dinc toplaşmaq hüququndan istifadə edə bilməlidirlər.
Qeyd edək ki, bu, Əraqçinin Fransanın İranda etirazçıların edam edilməsini pisləməsindən sonra X hesabında yazdığı sözlərə cavabdır. İran XİN rəhbəri belə yazmışdı: “Fransa kimi ölkələr dünyaya insan haqları və beynəlxalq hüquq barədə məsləhət verməyi dayandırmalıdır”.
Ababs Əraqçi daha sonra Fransanı İranla bağlı insan hüquqları məsələsində “açıq-aşkar ikili standartlar”da ittiham etmişdi.
Bakı 



