• Bakı 24° C

    14.63 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.1711

"Ford" yarım milyondan çox avtomobilini geri çağırır

DÜNYA

27 Iyul 2026 | 21:20

Ford yarım milyondan çox avtomobilini geri çağırır

Avtomobil istehsalçısı "Ford" mühərrik hissəsində yanğın yaranma riski ilə əlaqədar 565 691 "Bronco"nu və "Bronco Raptor" krossoverini geri çağırmaq qərarına gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ-nin Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi İdarəsinin (NHTSA) hesabatına istinadən informasiya yayıb.

Baxış kampaniyası 2021-2026-cı il buraxılışlı modelləri əhatə edir. Qərara əsas səbəb mühərrikin naqillər sistemindəki qüsurdur. Belə ki, qeyri-kafi mühafizə ucbatından naqillər ətrafdakı detallara sürtülərək yeyilə bilər. Bu isə öz növbəsində kabel izolyasiyasının pozulmasına, qısaqapanmaya, elektrik qığılcımına və nəticə etibarilə alışmaya gətirib çıxarır.

Avtomobil sahiblərindən gələn şikayətlər əsasında iyun ayında müvafiq araşdırmalara başlanılıb. Sürücülər hərəkət vaxtı salonun havalandırma sistemindən tüstü gəldiyini və kapotun altından, sərnişin oturan tərəfdə alov qığılcımlarının göründüyünü qeyd ediblər.

Şirkət 15 oktyabr 2024-cü ildən 20 iyun 2026-cı ilədək olan dövrdə sözügedən nasazlıqla əlaqədar ola biləcək 15 alışma halı qeydə alıb. Bununla belə, avtomobil şirkəti bu qüsur ucbatından hər hansı yol-nəqliyyat hadisəsinin baş verməsi və ya xəsarət alanların olması barədə heç bir məlumatın olmadığını vurğulayıb.

Nəqliyyat vasitəsi sahiblərinə xəbərdarlıq bildirişlərinin göndərilməsinə avqustun 24-dən 28-dək başlanacaq. Daha sonra müştərilərə yaranmış problemin pulsuz şəkildə həll edilməsi üçün "Ford" və ya "Lincoln"un rəsmi diler mərkəzlərinə yaxınlaşmaq tövsiyə ediləcək. Geri çağırış kampaniyası daxilində diler mərkəzləri naqillərin sürtülərək zədələnməsinin qarşısını almaq məqsədilə maşınlara əlavə qoruyucu qat və xüsusi lent örtüyü pulsuz tətbiq edəcəklər.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR