• Bakı 22° C

    2.19 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Nazirlik güclü küləklə bağlı əhaliyə təkrar müraciət etdi - YENİLƏNİB

CƏMİYYƏT

07 Sentyabr 2026 | 18:09 | Müəllif: Əli Hüseynov

Nazirlik güclü küləklə bağlı əhaliyə təkrar müraciət etdi - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi hazırda müşahidə olunan güclü küləklə əlaqədar əhaliyə təkrar müraciət edib.

Bakıvaxtı.az xəbər verir ki, nazirliyin müraciətində bildirilib ki, hazırda ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında güclü külək müşahidə olunur:

"Belə hava şəraitində müvafiq təhlükəsizlik qaydalarına riayət edilməməsi isə insan həyatı və sağlamlığı üçün təhlükə yaradır.

Qeyd olunanları nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmağı, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamağı tövsiyə edir. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir".

"Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!", - deyə müraciətdə qeyd edilib.

 

***17:23

Hazırda ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında güclü külək müşahidə olunur, belə hava şəraitində müvafiq təhlükəsizlik qaydalarına riayət edilməməsi isə insan həyatı və sağlamlığı üçün təhlükə yaradır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin küləkli hava ilə bağlı əhaliyə müraciətində qeyd edilib.

Bildirilib ki, qeyd olunanları nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmağı, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamağı tövsiyə edir:

"Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026