q
  • Bakı 14° C

    9.25 m/s

  • USD - 1.7

    EUR - 1.985

    RUB - 2.2641

Fermerlərə nə qədər subsidiya ödənilib?

CƏMİYYƏT

06 May 2026 | 09:35

Fermerlərə nə qədər subsidiya ödənilib?

"2025-ci ildə fermerlərə 280 milyon manatdan çox əkin subsidiyası ödənilib, onminlərlə istehsalçı dövlət dəstəyi ilə əhatə olunub".

Bakıvaxtı.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Aqrobiznesin İnkişafı Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, eyni zamanda, güzəştli kredit və lizinq mexanizmləri vasitəsilə aqrar sahəyə 100 milyon manatdan artıq maliyyə resursu yönəldilib, minlərlə fermerlərin, aqrar sahibkarların fəaliyyəti dəstəklənib.

"Bununla yanaşı, biz kənd təsərrüfatında rəqəmsallaşmanı və innovasiyaları prioritet istiqamət kimi inkişaf etdiririk. Elektron xidmətlərin genişləndirilməsi, məlumatlara əsaslanan qərarvermə sistemlərinin tətbiqi və süni intellekt əsaslı həllərin inkişafı fermerlərimizin məhsuldarlığını və dayanıqlığını artırmaq məqsədi daşıyır".

Nazir əlavə edib ki aqrobiznesin inkişafı ölkənin aqrar siyasətinin əsas sütunlarından biri olmaqla, davamlı iqtisadi artımın və kənd yerlərinin dayanıqlı inkişafının təmin edilməsində strateji rol oynayır:

"Bu istiqamətdə həyata keçirilən islahatlar və dəstək mexanizmləri artıq konkret nəticələr verməkdədir".


SON XƏBƏRLƏR

05 May 2026