• Bakı 17° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Fatma Girik öldürülüb?

MƏDƏNİYYƏT

01 Fevral 2022 | 09:47 | Müəllif: Subhan Mahmudov

Fatma Girik öldürülüb?

Bir neçə gün əvvəl vəfat edən "Yeşilcam" ulduzu Fatma Girikin ölümü ilə bağlı yeni məlumat yayılıb.

Bakıvaxtı.az axşam.az-a istinadən xəbər verir ki, mərhumun qardaşı Günay Girik aktrisanın müalicə olunduğu xəstəxanadan şikayətçi olub.

Günay Girik bacısının cinayət qurbanı olduğunu iddia edib:

"Bacım ölümcül xəstə deyildi. Koronavirusa xəstəxanada yoluxub. Hər zaman olduğu kimi müayinəyə getmişdi.   Göz görə-görə cinayətdir. Bu hadisənin haradan qaynaqlandığını tapdım. Şübhələndiyim üçün işin üzərinə düşdüm".

Qeyd edək ki, 5 gün xəstəxanada müalicə olunan Fatma Girikin döş qəfəsi infeksiyasına yoluxduğu və onun həyatını xilas etmək mümkün olmadığı bildirilmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026