• Bakı 18° C

    2.41 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

 Fatih Boutbiq Azərbaycana gəlir

SİYASƏT

14 Sentyabr 2026 | 12:40 | Müəllif: Əli Hüseynov

Fatih Boutbiq Azərbaycana gəlir

Pan-Afrika Parlamentinin prezidenti Fatih Boutbiq sentyabrın 16-18-də Azərbaycana rəsmi səfər edəcək nümayəndə heyətinə rəhbərlik edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Pan-Afrika Parlamentinin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Qeyd olunub ki, səfər Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın dəvəti ilə baş tutacaq.

"Səfər Sahibə Qafarovanın Pan-Afrika Parlamentinin yeddinci çağırışının birinci sessiyasında iştirakının ardınca baş tutur və Afrika ölkələri ilə Azərbaycan arasında parlamentlərarası əlaqələri möhkəmləndirmək üçün qarşılıqlı istəyi əks etdirir", - bəyanatda bildirilib.

Nümayəndə heyətinin tərkibinə Büro üzvləri və Pan-Afrika Parlamentinin Şimal fraksiyasının sədri daxil olacaq.

Danışıqlar zamanı tərəflər qarşılıqlı maraq doğuran məsələləri, parlament diplomatiyasını, Cənub-Cənub xətti üzrə əməkdaşlığı, eləcə də Pan-Afrika Parlamenti ilə Azərbaycan Milli Məclisi arasında institusional əlaqələrin dərinləşdirilməsi imkanlarını müzakirə etməyi planlaşdırırlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026