• Bakı 14° C

    1.94 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Evlərini, Novxanıdakı villasını, avtomobillərini satdı

CƏMİYYƏT

03 Noyabr 2025 | 17:00

Evlərini, Novxanıdakı villasını, avtomobillərini satdı


Adı son günlər Ramiz Mehdiyev işində və AMEA-da 3 milyonluq cinayətdə hallanan keçmiş deputat, hazırda AMEA-nın Sosial Xidmətlər Şöbəsinin müdiri olan Elton Məmmədov ətrafında söz-söhbət bitmir.

Bundan öncə Baş Prokurorluğun yaydığı rəsmi xəbərdə Elton Məmmədovun vurduğu 3 milyon manatın onun tərəfindən ödənildiyi barədə məlumat verilmişdi.

Bakıvaxtı.az bildirir ki, Oxu24.com-un özəl mənbədən əldə etdiyi xəbərə görə, Elton Məmmədov qeyd olunan pulu ödəmək üçün olan-qalan hər şeyini satıb. 3 milyonu ödəmək Elton Məmmədova heç də asan olmayıb. 

Belə ki, o, Novxanı qəsəbəsindəki dəbdəbəli bağ evini, 3 ədəd son model avtomobili, “20 Yanvar” metrosu ətrafında yerləşən kafesini, “MAİN” Yaşayış Kompleksində beş ədəd 2 və 3 otaqlı mənzilləri, böyük sahəyə malik avtoqarajı, Həsən Əliyev küçəsində - keçmiş “Tramvay Parkı”nın yerində yerləşən özünəməxsus şirkətin inşa etdiyi hündürmərtəbəli binadakı iki mənzili dəyər-dəyməzinə satıb.

Xatırladaq ki, Elton Məmmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır. Qardaşların ikisi də dövlətə xəyanət və başqa ağır cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevin sadiq adamları olduğu bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026