• Bakı 18° C

    3.79 m/s

  • USD - 1.7

    EUR - 1.9069

    RUB - 2.0032

Evləri izləyib talayan şəxs saxlanıldı

HADİSƏ

29 Yanvar 2026 | 17:42

Evləri izləyib talayan şəxs saxlanıldı

Bakıda evlərdən məişət əşyalarını oğurlayan şəxs saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Xəzər rayonu ərazisində naməlum şəxs üç evə daxil olaraq ümumilikdə 12 650 manat dəyərində məişət əşyalarını oğurlayıb.

Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş, axtarışda olan 37 yaşlı R.Dəmirov tutulub.

O, talamaq niyyətində olduğu mənzilləri bir müddət öncədən müşahidə edərək bu cinayətlərini gecə saatlarında törətməyi planlaşdırıb.

R.Dəmirovun analoji yolla Sabunçu rayonu ərazisində də iki evdən 9 min manat dəyərində məişət əşyalarını oğurladığı məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Oktyabr 2026