• Bakı 16° C

    10.73 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Evdən 24 min dollar oğurlandı

HADİSƏ

22 Fevral 2023 | 10:54

Evdən 24 min dollar oğurlandı

Abşeron rayonunun Digah qəsəbəsindəki evlərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidfmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb. Araşdırmalarla müəyyən edilib ki, 2022-ci il sentyabr-oktyabr ayları ərzində həmin evdən 3.000 manat, 24.000 ABŞ dolları və 1000 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması məlum olub.

Keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini Nurlan Məmmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR