Ermənistanın qanunverici orqanının bugünkü iclasında qalmaqal yaşanıb.
Bakıvaxtı.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, hadisənin səbəbi Seyran Ohanyanı dolayı yolla "Vətən xaini" adlandıran "Vətəndaş Müqaviləsi"ndən olan millət vəkili Hayk Sarkisyanın çıxışı idi.
H.Sarkisyan iqtidarın siyasətini müdafiə edən çıxışı zamanı Ermənistanın bütün keçmiş müdafiə nazirlərini satqın adlandırması ölkənin sabiq müdafiə naziri Seyran Ohanyanın rəhbərlik etdiyi “Hayastan” fraksiyasının deputatları tərəfindən kəskin reaksiya ilə qarşılanıb. Müxalifətçilər H.Sarkisyana butulka atıb, sonradan bütün fraksiyalar bir-birinə butulka atmağa başlayıb, insident böyüyüb.
Qeyd edək ki, dünən də Ermənistan parlamentində qarşıdurma yaranmışdı.
















