• Bakı 12° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ən uzunmüddətli maqnit qasırğalarından biri sona çatıb

DÜNYA

04 Oktyabr 2025 | 16:20 | Müəllif: Gülşən Şərif

Ən uzunmüddətli maqnit qasırğalarından biri sona çatıb

Təxminən dörd gün davam edən ən uzunmüddətli maqnit qasırğalarından biri sona çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun günəş astronomiyası laboratoriyası məlumat yayıb.

Məlumata görə, geomaqnit qasırğalarının başlanğıc və sonunu qeyd etmək üçün istifadə olunan əsas planetar indeks artıq yaşıl zonaya düşüb.

Yerüstü maqnitometrlərin məlumatları və günəş küləyinin ölçülməsinə əsasən, bütün həftə ərzində davam edən maqnit qasırğası başa çatıb.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026