• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Əli Həsənovun qardaşı oğlu işdən çıxarıldı 

CƏMİYYƏT

20 Sentyabr 2022 | 12:33

Əli Həsənovun qardaşı oğlu işdən çıxarıldı

Dövlət Gömrük Komitəsində daha bir vəzifəli şəxs işdən çıxarılıb.

Bakıvaxtı.az Bakupost.az-a istinadən xəbər verir ki, DGK-nın sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırovun imzaladığı əmrlə Əməliyyat və İstintaq Baş İdarəsində Əməliyyat idarəsinin rəis müavini, polkovnik Anar Həsənov işdən çıxarılıb.

Onun son dövlər Gömrük Komitəsində başlanılan genişmiqyaslı cinayət işi ilə əlaqədar çıxarıldığı bildirilir.

A.Həsənov Prezidentin sabiq ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun qardaşı oğludur.

Qeyd edək ki, A.Həsənovun atası İsa Həsənov uzun illər Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb.

Ə.Həsənov vəzifəsindən azad olunandan bir müddət sonra o da müvafiq əmrlə işdən çıxarılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026