• Bakı 18° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Əli Əsədov: İqtisadi göstəricilərin keyfiyyəti yaxşılaşıb

SİYASƏT

09 Dekabr 2025 | 11:52 | Müəllif: Əli Hüseynov

Əli Əsədov: İqtisadi göstəricilərin keyfiyyəti yaxşılaşıb

2022-ci ildə Azərbaycanın ümumi daxili məhsulunda qeyri-neft və qaz sektorunun payı 52 % təşkil edirdisə, 2025-ci ildə bu göstərici 72 %-ə yüksəlib və 2029-cu ildə 80 %-i ötəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında - gələn ilin büdcə zərfinin III oxunuşda müzakirəsində bildirib.

Baş nazir  bildirib ki, son illərdə Azərbaycan iqtisadiyyatı texnoloji modernləşmə və rəqəmsal transformasiya mərhələsinə qədəm qoyub.

O vurğulayıb ki, iqtisadi artımın keyfiyyət göstəriciləri yaxşılaşıb, infrastruktur müasirləşdirilib, innovasiya və rəqəmsallaşma prioritet sahələrə çevrilib. Orta müddətli perspektivdə ölkənin iqtisadi inkişafının əsas hərəkətverici qüvvəsi qeyri-neft sektoru olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026