• Bakı 17° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Dünya auditorları: Kağız pulların dövrü bitir

İQTİSADİYYAT

25 Avqust 2021 | 15:33

Dünya auditorları: Kağız pulların dövrü bitir

Rəqəmsal aktivlər kağız pul üzərində qalib gələcək.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu beynəlxalq audit şirkəti "Deloitte"nin gəldiyi nəticədir.

"Deloitte"nin hesabatına görə, maliyyə rəhbərləri arasında aparılan sorğunun nəticələrinin 76% önümüzdəki 5-10 il ərzində kriptovalyutaların kağız pulların yerini alacağını proqnozlaşdırdı. Maliyyə xidmətləri şirkətləri kriptovalyutalar, rəqəmsal aktivlər və blockchain istifadə etməlidirlər, əks halda rəqiblərinə uduzmaq riski daşıyırlar. Bazar iştirakçıları, stablecoins (ümumi valyuta və ya fiziki əmtəə ehtiyatlarına bağlı olan kriptovalyutalar) və mərkəzi bankın rəqəmsal valyutaları (CBDC) kimi bir çox aktivdən faydalanacaqlarını gözləyirlər. 

Araşdırmada qeyd olunur ki, investorlara pula qənaət etmək üçün maraq artdıqca rəqəmsal aktivlərə vəsait axını artır. Kriptovalyuta ətrafında maliyyə sənayesindəki dəyişiklikləri əks etdirən yeni iş modelləri yaranır. "Deloitte" hesabatının müəlliflərinə görə, şirkətlər müştərilərinin gələcək ehtiyaclarına hazır olmaq üçün ənənəvi məhsullarını necə dəyişdirməyi düşünürlər.

Tərcümə şöbəsi

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026