• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

“Dövlət satınalmaları haqqında” qanun bu satınalmalara şamil edilməyəcək

CƏMİYYƏT

02 Avqust 2023 | 13:30

“Dövlət satınalmaları haqqında” qanun bu satınalmalara şamil edilməyəcək

Azərbaycanda “Dövlət satınalmaları haqqında” qanunun müddəaları bəzi satınalmalara şamil edilməyəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Dövlət satınalmaları haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, “Dövlət satınalmaları haqqında” qanunun müddəaları Mərkəzi Bankın bu Qanunda nəzərdə tutulmuş məqsəd və funksiyalarının həyata keçirilməsi ilə əlaqədar aşağıdakı satınalmalarına şamil edilmir:

- kağız və metal pul nişanlarının, o cümlədən yubiley və xatirə pul nişanlarının konsepsiyasının, dizaynının, mühafizə elementlərinin və digər texniki spesifikasiyalarının hazırlanması, istehsalı, daşınması, saxlanılması, sığortalanması, istehsal prosesinin auditinin keçirilməsi və keyfiyyət ekspertizasının aparılması ilə bağlı satınalmalar;

- beynəlxalq qızıl-valyuta ehtiyatlarının saxlanılması və idarə edilməsi ilə bağlı satınalmalar;

- nağd xarici valyutanın alınması və daşınması;

- nəzarət subyektlərinə münasibətdə nəzarət, o cümlədən rezolyusiya tədbirlərinin həyata keçirilməsi ilə bağlı satınalmalar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026