• Bakı 17° C

    0.8 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Dörd gün əvvəl kanalda batan gəncin meyiti tapıldı

HADİSƏ

01 Iyul 2022 | 09:29 | Müəllif: Qalib İbrahimoğlu

Dörd gün əvvəl kanalda batan gəncin meyiti tapıldı

İyunun 27-də yol-nəqliyyat qəzası nəticəsində Samur-Abşeron kanalına (Quba rayonunun Hacıhüseynli kəndi) düşən 1995-ci il təvəllüdlü Əmirov Rəvan Zakir oğlunun axtarışları yekunlaşıb.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, bu gün səhər saatlarında “Şimal” dalğıc-axtarış qrupu R.Əmirovun meyitini batdığı yerdən təqribən 8 km məsafədə Samur-Abşeron kanalının Quba rayonu, Barlı qəsəbəsi ərazisindən keçən hissəsində tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Qımılqışlaq kənd sakini Sərxan Əlixanov idarə etdiyi “Ford Transit” markalı avtomobili Samur-Abşeron kanalına aşırmışdı. Nəticədə sürücü sudan çıxarılmış, onun sərnişini Rəvan Əmirov isə suda boğulmuşdu.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR