• Bakı 24° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

DİN Lənkəranda əməliyyat keçirdi - FOTO

HADİSƏ

12 May 2021 | 16:10

DİN Lənkəranda əməliyyat keçirdi - FOTO

Lənkəranda yaşayış evindən 3 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

DİN-dən Bakivaxtin.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakini M.Ağayev saxlanılıb.

Polis əməkdaşları tərəfindən keçirilən baxış zamanı onun yaşadığı evin həyətindəki qarajdan bir ədəd torbada 3 kiloqram 210 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


DİN Lənkəranda əməliyyat keçirdi - FOTODİN Lənkəranda əməliyyat keçirdi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026