• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Dəmir hasardan aşan yeniyetmənin mədəsini deşdi - FOTO

CƏMİYYƏT

31 Yanvar 2024 | 09:42 | Müəllif: Qalib İbrahimoğlu

Dəmir hasardan aşan yeniyetmənin mədəsini deşdi - FOTO

Dəmir hasardan aşan zaman ağır xəsarət alan yeniyetmə uğurlu əməliyyat edilib

Bu barədə Bakıvaxtı.az-a Kliniki Tibbi Mərkəzdən bildirilib.

Məlumata görə, 14 yaşlı yeniyetmə yanvarın 28-də qarında, döş qəfəsində kəskin ağrı, boğulma, təngnəfəslik şikayətləri ilə təcili yardım vasitəsilə Kliniki Tibbi Mərkəzə gətirilib.

Yaxınlarının verdiyi məlumata görə, yeniyetmə hasardan aşarkən dəmir barmaqlıqlar qarın nahiyəsinə batıb. Aparılan müayinələr nəticəsində xəstədə qarının daxilə nüfuz etmiş açıq yarası və döş qəfəsində sol tərəfli pnevmo-hemotoraks aşkarlanıb.

Xəstə təcili olaraq əməliyyata götürülüb və əməliyyat zamanı mədənin deşildiyi məlum olub. Həkim-uşaq cərrahı Binnət Sofuyevin iştirakı ilə keçirilən əməliyyat zamanı sol plevra boşluğu torokasintez olunub, drenaj qoyulub. Qarın boşluğunda isə laparotomiya əməliyyat icra edilib.

Hazırda xəstənin vəziyyəti stabildir və müalicəsi davam etdirilir.


Dəmir hasardan aşan yeniyetmənin mədəsini deşdi - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026