• Bakı 14° C

    8.98 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

İsmayıllıda yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB

HADİSƏ

24 Noyabr 2023 | 00:08

İsmayıllıda yol qəzasında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB

İsmayıllıda baş verən ağır yol qəzasında xəsarət alanların kimliyi bəlli olub.

Bakıvaxtı.az xəbər verir ki, yol qəzasında beş Hindistan vətəndaşı - Nariş Govda, Kishoranjan, Naqeş Subramanya, Ballenahallı Hirannaian, Mysuru Basavaraju və bir Azərbaycan vətəndaşı Şirinov Rəsul Mübariz oğlu xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. /Report

 

23noyabr, 22:58

İsmayıllıda yol qəzası baş verib, altı hindistanlı xəsarət alıb, ikisinin vəziyyəti ağırdır.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Tircan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes Vito" markalı mikroavtobusun sürücüsü həmin yolda hərəkətdə olarkən gecə saatları olduğundan və yol nişanlarına məhəl qoymayıb. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində Hindistan əsilli 6 vətəndaş ağır dərəcəli bədən xəsarətləri İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Hazırda rayonun hüquq mühafizə orqanı əməkdaşları hadisə yerinə cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Oktyabr 2026