• Bakı 18° C

    0.18 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

DƏHŞƏT: Telefonu gizlətdiyi üçün arvadını öldürdü

HADİSƏ

12 Yanvar 2024 | 17:42

DƏHŞƏT: Telefonu gizlətdiyi üçün arvadını öldürdü

Türkiyədə 3 uşaq anası həyat yoldaşı tərəfindən öldürülüb.

Bakıvaxtı.az Türkiyə KİV-ə istinadla xəbər verir ki, Yılmaz Akçağır ona xəyanət etməsindən şübhələnərək 5 illik həyat yoldaşı Petek Akçağırın mobil telefonuna baxmaq istəyib.

Petek Akçağırın telefonu ona verməməsi mübahisəyə səbəb olub. Yılmaz Akçağır mətbəxdən götürdüyü bıçaqla həyat yoldaşının boynundan və sinəsindən bıçaqlayıb və qaçıb.

P.Akçağır və uşaqlarının çığırtısını eşidən qonşular qadını evin qonaq otağında qan içində tapıblar. Qonşuların xəbər verməsindən sonra ünvana polis və təcili tibbi yardım gəlib. Həkimlərin səyinə baxmayaraq Petek Akçağırın həyatını xilas etmək mümkün olmayıb.

Yılmaz Akçağır həbs edilib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR