• Bakı 17° C

    2.54 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Daha iki müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

CƏMİYYƏT

10 Yanvar 2025 | 19:26 | Müəllif: Subhan Mahmudov

Daha iki müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Bakının 145 və 147 nömrəli şəhərətrafı müntəzəm avtobus marşrutları sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində müsabiqəyə çıxarılır.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, müsabiqə üçün sənədlər fevralın 8-i saat 17:00-dək Agenlikdə (Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: elsevar.gadimov@ayna.gov.az) qəbul ediləcək.

Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təkliflərinə komissiya tərəfindən 145 nömrəli şəhərətrafı (Mehdiabad qəsəbəsi - “Ulduz” metrostansiyası) və 147 nömrəli şəhərətrafı (Məmmədli qəsəbəsi - “Azadlıq prospekti” metrostansiyası) avtobus marşrutları üzrə iki Lotda martın 4-də baxılacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Oktyabr 2026