• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Daha bir qanunsuz tikili söküldü

CƏMİYYƏT

03 May 2025 | 11:03

Daha bir qanunsuz tikili söküldü

Ağcabədidə qanunsuz tikili sökülüb.

Bu barədə Bakıvaxtı.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. 

Bildirilib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yerli bölməsi tərəfindən Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində fiziki şəxs Əliyev Seymur Həsən oğlunun qanunsuz tikinti işləri aparması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə FHN-ə müraciət edilib.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti və Ağcabədi Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026