• Bakı 12° C

    4.3 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Daha bir kafe sahibi cərimələndi

CƏMİYYƏT

13 Noyabr 2021 | 10:38 | Müəllif: Subhan Mahmudov

Daha bir kafe sahibi cərimələndi

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi ilə əlaqədar keçirilən nəzarət-profilaktik tədbirlər zamanı şəhər ərazisində yerləşən “Bizim kafe” adlı qapalı obyektdə qaydaların pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, yoxlama zamanı kafedə COVID-19 pasportu olmadan müştəri qismində əyləşən şəxslər müəyyən edilib.

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar obyekti işlədən Pərviz Qaracayevə xəbərdarlıq olunub və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimələnib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026