• Bakı 12° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Daha 2 gün tozlu hava udacağıq

CƏMİYYƏT

03 Sentyabr 2024 | 10:09

Daha 2 gün tozlu hava udacağıq

"Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi gözlənilir".                                                   

Bunu Bakıvaxtı.az-ın soğusuna cavab olaraq Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib.

Onun sözlərinə görə, hazırda havada tozun miqdarı normadan 4.0-4.5 dəfə çoxdur.

Gülnarə Abbasova, Milli Hidrometeorologiya Xidmətinin rəis müavini

G.Abbasova qeyd edib ki, havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar transsərhəd xarakterlidir, sentyabrın 2-dən başlayaraq tozlu hava kütləsi Xəzər dənizinin şərq sahillərindən cənub-şərq axınları vasitəsilə ölkə ərazisinə daxil olub.

"Sinoptik şəraitin təhlilinə əsasən qeyd edə bilərik ki, hazırda ölkə ərazisində  mərkəzi cənubda formalaşan antisiklonun təsiri nəticəsində sabit, yağmursuz və isti hava şəraiti müşahidə olunur, azsürətli cənub-şərq küləklərinin üstünlüyü qeydə alıır. Belə dayanıqlı və durğun hava şəraiti toz hissəciklərinin havada daha çox qalmasına şərait yaradır.

Xatırladaq ki, dünən günün birinci yarısında Bakıda və Abşeron yarımadasında havada tozun miqdarının normadan 2.5-3.0 dəfə yüksək olduğu qeydə alınıb".

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026