• Bakı 24° C

    14.63 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.1711

Ağdamda torpaq çökdü 

CƏMİYYƏT

27 Iyul 2026 | 20:26

Ağdamda torpaq çökdü 

Ağdamda yaşayış binalarından birinin həyətyanı ərazisində torpaq çökməsi halı qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəlikdən bildirilib.

Məlumata görə, məsələ ilə əlaqədar aidiyyəti üzrə əraziyə operativ baxış keçirilib, aparılmış araşdırmalar nəticəsində hadisənin bina konstruksiyası və ya tikinti işlərinin keyfiyyəti ilə deyil, torpaq çökməsi ilə əlaqədar baş verdiyi müəyyən edilib.

"Sözügedən torpaq çökməsi ilə bağlı podratçı şirkətlər tərəfindən operativ şəkildə zəruri bərpa işləri icra edilib və problem tam şəkildə aradan qaldırılıb. Hazırda qeyd olunan ərazidə hər hansı təhlükə və ya istismara maneə yaradan vəziyyət mövcud deyil”, - deyə məlumatda qeyd edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR