• Bakı 25° C

    15.28 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.1711

Cüneyt Çakıra Rusiyada yeni vəzifə verildi

İDMAN

27 Iyul 2026 | 19:11

Cüneyt Çakıra Rusiyada yeni vəzifə verildi

Keçmiş FİFA referisi Cüneyt Çakır Rusiya Futbol İttifaqında (RFU) hakimlərin fəaliyyətinə nəzarət edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə RFU-nun rəsmi saytı məlumat yayıb.

Türkiyəli mütəxəssis Pari Liqasının hakimlər heyətinin və RFU-nun gənc hakimlərin inkişaf proqramının kuratoru təyin olunub.

Bildirilib ki, Çakırın əsas vəzifələri hakimlərin hazırlanması, qiymətləndirilməsi, mentorluq sistemi və irəli çəkilməsi üzrə vahid sistemin formalaşdırılması, həmçinin onların peşəkar, fiziki və psixoloji inkişafı üçün fərdi planların hazırlanması olacaq.

O, həmçinin Rusiya Birinci Liqası və Leon-İkinci Liqasında hakim təyinatlarında, oyunların təhlilində, təlim prosesində, perspektivli hakimlərin müəyyənləşdirilməsi və onların inkişafında iştirak edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR