q
  • Bakı 11° C

    12.43 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.266

Culfada kanaldan  qadın meyiti tapılıb - YENİLƏNİB

HADİSƏ

02 May 2026 | 17:33

Culfada kanaldan  qadın meyiti tapılıb - YENİLƏNİB

Culfa rayonunun Yaycı kəndi ərazisindən keçən kanaldan aşkarlanan meyitin kimliyi məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, aşkarlanan meyit Ordubad rayon Baş dizə kənd sakini, 1957-ci il təvəllüdlü Rəbahət Əsəd qızı Bayramovaya məxsusdur.

    Faktla bağlı Ordubad Rayon Prokrorluğunda araşdırma aparılır.

    Qeyd edəki ki, cəsəd FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    ***

    15:36

    Naxçıvan Muxtar Respublikası (MR) Culfa rayonu, Yaycı kəndi ərazisində kanalda qadın meyiti aşkarlanıb.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə muxtar respublikanın Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Həyata keçirilən tədbirlər nəticəsində kanalda aşkar olunan qadın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.


    SON XƏBƏRLƏR

    01 May 2026