• Bakı 12° C

    4.3 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

COVİD-19 testi niyə pulludur? - AÇIQLAMA

CƏMİYYƏT

20 Oktyabr 2021 | 17:35

COVİD-19 testi niyə pulludur? - AÇIQLAMA

Hazırda həm təhsil müəssisələri, həm də iş yerlərində hər kəs xəstə olduğu halda dərsə və işə gedənlərdən şikayətlənir. Belə ki, həmin şəxslər COVİD-19 testi vermədikləri üçün sadəcə qrip olduqlarını iddia edirlər. Niyə test vermədiklərini soruşduqda isə səbəb olaraq testin ödənişli olduğunu göstərirlər.

Bəs niyə xəstənin qızdırması olmadığı halda ondan ödənişsiz test götürülmür?

Mövzu ilə bağlı infeksionist Mərdan Əliyev Bakıvaxtı.az-a danışıb:

"Hazırda məktəb, bağça və universitetlərdə yoluxma sayı çoxalıb. Ona görə də, təhsil müəssisələrində mütləq ciddi həkim nəzarəti olmalıdır. Çünki bir nəfər xəstələndikdə yoluxma sürətlə yayılır. Uşaqlar pandemiya qaydalarına riyaət edə bilmirlər, ünsiyyətdə olurlar, nəticədə virus yayılır. Yoluxan uşaqlardan test götürülməsə belə, kimdəsə kiçik narahatlıq olan kimi təcrid edilməlidir. Valideynlər də uşaqları xəstə olduğu halda məktəbə göndərməməlidir. Xəstə olanlardan test götürülməməsinin obyektiv səbəbi də var. Birincisi, təhsil müəssisələri və iş yerlərində bir nəfərdə virus aşkarlananda bütün idarəni COVİD-19 testi verməyə göndərirlər. O cümlədən, məktəbdə də belədir. Test verdikdən sonra cavabın pozitiv çıxmasının bir dövrü var. Misal üçün, bir şagirddə testin cavabı indi pozitiv çıxdısa, digərləri müəyyən dövrdən sonra şikayətlənməyə başlayacaq və həmin vaxt testin cavabı pozitiv çıxacaq. Yəni eyni gündə hamını test verməyə göndərmək düzgün deyil. Çünki, onsuz da, testin cavabı o gün pozitiv çıxmır. Həm də belə olduqda xəstəxanalar, xüsusən də, laboratoriyalar yüklənir. Bu da hərtərəfli ziyandır, çünki aparatlar xarab olur, xəstə olanların test cavabları gecikir. Bu cür problemlər çoxdur. Ona görə də, kimin qızdırması və ciddi şikayəti yoxdursa, ondan ödənişsiz test götürmürlər".

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026